Son günlər ərzində ukraynalı həmkarımla çox intensiv kommunikasiyam oldu . Bir çox məsələlər haqqında danışdıq, bu gün həmçinin onlayn görüşümüz oldu. Biz razılaşdıq ki, bir çox anlaşılmazlıqları bir-birimizlə ünsiyyət qurmaqla həll edə və aydınlaşdıra bilərik.
Onun sözlərinə görə, ukraynalı həmkarı ilə söhbət zamanı Aİ-nin verdiyi sorğu-anket məsələsi də müzakirə olunub. Papuaşvili sorğu-anketlərlə bağlı təcrübə mübadiləsi aparılacağını bildirib.
“Bir çox məlumat yayılır, əsasən də dezinformasiya 21-ci əsrdə qeyri-müharibə vəziyyətində belə problemdir, böhran zamanı cəmiyyət müxtəlif dezinformasiyalara xüsusilə həssasdır. Razılaşdıq ki, bir-birimizlə əlaqə saxlayacağıq, məlumat mübadiləsi aparacağıq. Biz Aİ-nin sorğu vərəqəsi haqqında da danışdıq, vaxtın az olmasından irəli gələrək təcrübəmizi bir-birimizlə necə bölüşə bilərik və s. çünki zamanımız azdır, xüsusən də müharibə şəraitində olan Ukrayna üçün bu anketlər üzərində işləmək xüsusilə problemdir.
Bundan əlavə, biz səfərlə bağlı danışdıq və razılaşdıq ki, yaxın gələcəkdə təşkilati baxımdan məsələnin üzərindən keçəcəyik və mənim səfərim olacaq. Bir neçə amil var, biz başa düşürük ki, Ukraynada müharibə gedir, səfərin formatı fərqlidir, müvafiq olaraq nümayəndə heyətlərinin səfəri də qısamüddətli və zamanda sıxışdırılmış xarakter daşıyır. Bu gün mənim müxtəlif fraksiyaların nümayəndələri ilə görüşüm olacaq və bu səfər üçün mən partiyalararası qrup yaradacağam ki, müxtəlif fraksiyaların təmsil olunması mümkün olsun. Bununla bağlı bəzi fikirlərim var”, -deyə Papuaşvili bildirib. |