Şalva Papuaşvili Ukrayna Radasının sədrini və Moldova Parlamentinin sədrini Avropa Şurasının qərarı münasibətilə təbrik edir
Şalva Papuaşvili Ukrayna Radasının sədrini və Moldova Parlamentinin sədrini Avropa Şurasının qərarı münasibətilə təbrik edir

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Radasının sədri Ruslan Stefançuku və Moldova parlamentinin sədri İqor Qrosunu Avropa Şurasının Aİ-yə üzvlük danışıqlarının başladılması ilə bağlı qəbul etdiyi qərar münasibətilə təbrik edir.

Parlament sədrinin qeyd etdiyi kimi, danışıqların başladılması ilə bağlı qəbul edilmiş qərar Avropa İttifaqı ilə sıx tərəfdaşlıq yolunda mühüm və irəliyə doğru atılmış addımdır.

“Mən həmkarlarımı Avropa Komissiyasının Ukrayna və Moldova ilə üzvlük danışıqlarının başladılması münasibətilə təbrik edirəm. Bu, Avropa İttifaqı ilə sıx tərəfdaşlıq yolunda mühüm və irəliyə doğru atılmış addımdır. Güc birlikdədir!” – sosial şəbəkədə Şalva Papuaşvili yazır.