Şalva Papuaşvili - Ukrayna xalqının fədakarlığı azadlığın müdafiəsi və müstəqillik uğrunda böyük mübarizənin nümunəsidir, Gürcüstan bu qeyri-bərabər müharibədə Ukrayna xalqının yanındadır
Dünya iki ildir Avropanın ortasında on minlərlə insan tələfatı və dağıntılar gətirən amansız müharibəni izləyir – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
Parlament sədrinin qeyd etdiyi kimi, biz Ukrayna xalqını qorumaq üçün səsimizi ucaldır və bütün beynəlxalq tribunalardan Rusiyanı Ukrayna torpaqlarına hərbi müdaxiləni dayandırmağa çağırırıq.
“Dünya iki ildir Avropanın ortasında on minlərlə insan tələfatı və dağıntılar gətirən amansız müharibəni izləyir.
Ukrayna xalqının fədakarlığı azadlığın müdafiəsi və müstəqillik uğrunda böyük mübarizənin nümunəsidir, Gürcüstan bu qeyri-bərabər müharibədə Ukrayna xalqının yanındadır.
Məhz bu səbəbdən, ölkəmizin təhlükəsizlik baxımından keçmişdə və indi qarşılaşdığı risklərə baxmayaraq, bu dəhşətli müharibənin başladığı andan Gürcüstan bütün siyasi platformalarda Ukraynanı qeyd-şərtsiz dəstəklədi.
Biz Ukrayna xalqını qorumaq üçün səsimizi ucaldır və bütün beynəlxalq tribunalardan Rusiyanı Ukrayna torpaqlarına hərbi müdaxiləni dayandırmağa çağırırıq.
Biz sivil dünyanı, bu qanlı qarşıdurmanın dayandırılmasına təsir etmək gücünə malik olanları səylərini əsirgəməməyə və Ukraynanın maraqlarına uyğun hərəkət etməyə çağırmaq istəyirik”- Şalva Papuaşvili yazır.