Şalva Papuaşvili - Ukrayna xalqına qarşı həmrəyik, humanitar baxımından Ukraynaya yardım olmağa hazırıq
Biz beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün bütün təsirli vasitələrdən istifadə etməyə çağırırıq, – bu barədə Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bəyan etdi.
Elə onun dediyinə görə, humanitar baxımından Ukraynaya yardım etməyə hazırdılar.
“Təəssüflər olsun ki, müharibəni başdan rədd etmək mümkün olmadı. İndi əsas məqsəddir ki, müharibə dayandırılsın və onun genişmiqyaslı eskalasiyası baş verməsin. Buna görə, beynəlxalq ictimaiyyəti müharibəni dayandırmaq üçün bütün təsirli vasitələrdən istifadə etməyə çağırırıq. Sösüz ki, Ukrayna xalqına qarşı həmrəy və dəstəyik. Bu gün yeganə məqsəd müharibənin dayandırılmasıdır. Bu, yalnız beynəlxalq birliyin aydın və effektiv tədbirləri ilə mümkündür. Humanitar dəstək və yardıma gəldikdə, biz bu məsələdə Ukraynanın yanında olmağa hazırıq”, – Papuaşvili bəyan etdi.