Şalva Papuaşvili Ukrayna Ali Radası sədri, Ruslan Stepançuk ilə onlayn görüş keçirdi
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Ukrayna Ali Radası sədri, Ruslan Stepançuk ilə onlayn görüş keçirdi.
Parlamentin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Rusiyanın Ukraynaya qarşı hazırkı təcavüzü və onun faciəvi nəticələri müzakirə olundu.
Elə onların sözlərinə görə, Ruslan Stepançuk Gürcüstana göstərdiyi yardıma, eləcə də Gürcüstanda Ukraynalılara göstərilən qayğı və diqqətə görə təşəkkürünü bildirdi.
“Şalva Papuaşvili bir daha Gürcüstanın Ukraynaya güclü dəstəyini və Ukrayna xalqı ilə həmrəy olduğunu ifadə etdi. Görüşdə razılaşdırıdı ki, gələcəkdə müxtəlif məlumatlarla bağlı anlaşılmazlıqların qarşısını almaq üçün bir-birləri ilə əvvəlcədən ünsiyyətdə olmaq, məlumat mübadiləsi aparmaq vacibdir. Görüşdə həmçinin, Gürcüstan və Ukraynanın Avropa İttifaqına üzvlüyü prosesində əməkdaşlıq və təcrübə mübadiləsi imkanları müzakirə olundu. Tərəflər Gürcüstan Parlamenti sədrinin yaxın günlərdə Ukraynaya səfəri ilə bağlı razılığa gəldilər”, – məlumatda deyilir.