Şalva Papuaşvili Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanlara və yaralılara görə məyusluğunu ifadə edir
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanlara və yaralılara görə məyusluğunu ifadə edir.
“Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olan və yaralılara görə dərin məyusluğumu ifadə edirəm. Zərər çəkmiş ailələrə və bütün xalqa başsağlığı verirəm”-deyə Papuaşvili “Twitter” səhifəsində yazır.
Türkiyədə son məlumatlara görə, zəlzələ nəticəsində 284 nəfər həlak olub, 2 323 nəfər yaralanıb. Təbii fəlakət ölkənin cənub-şərqində yerləşən 10-dan çox şəhərə ziyan vurub. Hadisə yerinə xilasedicilər, hüquq-mühafizə orqanlarının əməkdaşları və ordu səfərbər olunub.