Şalva Papuaşvili - tövsiyyələr baxımından “Quruculuq Strategiyası” boykotda olarkən, Brüsseldə Vaşadze ilə görüşürdülər, radikallara platforma verməklə radikallığı təşviq edirlər
Şalva Papuaşvili - tövsiyyələr baxımından “Quruculuq Strategiyası” boykotda olarkən, Brüsseldə Vaşadze ilə görüşürdülər, radikallara platforma verməklə radikallığı təşviq edirlər

 
Qiorqi Vaşadzenin beynəlxalq aktivliyi diqqəti cəlb edirdi, mən bu barədə tərəfdaşlarımızla bir-iki dəfə söhbət etmişəm, “Quruculuq Strategiyası” tövsiyələrin icrası ilə bağlı boykotda olarkən, Q.Vaşadze ilə Brüsseldə müxtəlif ofislərdə görüşürdülər – bu barədə jurnalistlərə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili danışıb.

Papuaşvili bildirib ki, təbii ki, radikallarla görüşüb onlara platforma verməklə radikallığı təşviq edirlər, bu da olduqca pisdir.

“Yalnız hakimiyyət qütbləşməni azalda bilməz, radikalları təşviq etməmək üçün müxalifət və xarici aktorlar da buna görə məsuliyyət daşıyırlar, təəssüf ki, bu baş verir. Onlar Avropa və Amerika fondlarından maliyyələşdirilir. Onlara müxtəlif platformalarda tribuna verməklə bu radikalizm və bəzi hallarda ekstremizm təşviq olunur”- deyə Şalva Papuaşvili açıqlayıb.