Şalva Papuaşvili - təəssüflər olsun ki, gürcü xalqının və Gürcüstan iqtidarının Ukraynaya münasibətdə həmrəyliyinə baxmayaraq, indiyədək səfir təyin olunmayıb
Şalva Papuaşvili - təəssüflər olsun ki, gürcü xalqının və Gürcüstan iqtidarının Ukraynaya münasibətdə həmrəyliyinə baxmayaraq, indiyədək səfir təyin olunmayıb

 
Gürcü xalqının və Gürcüstan iqtidarının Ukraynaya münasibətdə həmrəyliyinə baxmayaraq, bu günədək Ukraynanın Gürcüstana səfirinin təyin edilməməsi olduqca təəssüf doğurucudur-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

O, qeyd olunan mövzu ilə bağlı ilkin şərtlərin qoyulmasının düzgün olmadığını bildirib.

“Ümid edirəm ki, münasibətlərimizə salınan bu qüsur tezliklə aradan qaldırılacaq. Burada ilkin şərt qoymağı düzgün hesab etmirəm. Ukraynanın gürcü xalqına və dövlətinə münasibətini bərpa etməsi vacibdir. Səfirin təyin edilməsi bu münasibətin əlaməti olardı” -deyə Papuaşvili açıqlayıb.

Ukrayna Radasının “Xalqın xidmətçisi” fraksiyasının sədri Davit Araxamia Nika Qvaramia azadlığa buraxılarsa, prezidentin yanına gedərək səfirin Tbilisiyə buraxılmasını xahiş edən birinci insan olacağını bildirib.