Şalva Papuaşvili - təəssüf ki, 2008-ci ilin avqustunda bir çoxları göz yummağa üstünlük verdi, bu təcavüzün görməzdən gəlinməsi 2014 və 2022-ci illərin Ukraynası, müharibənin Avropanın qəlbinə keçməsi ilə nəticələndi
Şalva Papuaşvili - təəssüf ki, 2008-ci ilin avqustunda bir çoxları göz yummağa üstünlük verdi, bu təcavüzün görməzdən gəlinməsi 2014 və 2022-ci illərin Ukraynası, müharibənin Avropanın qəlbinə keçməsi ilə nəticələndi

 
Bu gün biz 2008-ci ildə Rusiyanın təcavüzü nəticəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. 400-dən çox hərbçi, polis, dinc sakin həlak oldu, 2000-dən çox insan yaralandı və bu, 15 il əvvəl baş vermiş böyük faciə idi-bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib .

Papuaşvilinin sözlərinə görə, 2008-ci ildə Gürcüstanda baş verənlərə göz yumulması 2014 və 2022-ci illərin Ukraynasına gətirib çıxarıb.

“Təəssüf ki, bir çoxları o zaman Rusiyaya sanksiya tətbiq etmək əvəzinə, Gürcüstanın silah alışına embarqo qoyaraq, göz yummağa üstünlük verdi. Rusiyaya qarşı sərt siyasət yürütmək əvəzinə bəziləri Rusiya ilə münasibətləri bərpa etməklə məşğul idi, bəziləri strateji boru kəmərləri tikir, bəziləri isə müharibədən iki il sonra rus qoşunları ilə Qızıl Meydanda hərbi parad keçirirdi. Ola bilsin ki, biz çox kiçik və çox uzaq idik. Lakin 2008-ci ildə bu təcavüzün görməzdən gəlinməsi 2014 və 2022-ci illərin Ukraynası, müharibənin Avropanın qəlbinə keçməsi ilə nəticələndi. İndi artıq bir çox ölkə Rusiyanın aqressiv siyasətinin mahiyyətini anlayır, hərçənd indi sözlər kifayət etmir, indi hərəkət önəmlidir. Gürcüstan artıq müharibədə öz üzərinə düşəni edib, başa düşürəm ki, başqaları bəlkə müharibə istəmir, lakin indi bu müharibədə məğlub olmaması üçün Ukraynanın yanında olmaq onların borcudur”- Papuaşvili bildirib.