Şalva Papuaşvili - təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verirəm, böyük faciə baş verdi, təəssüf ki, hələ də axtardığımız insanlar var
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.
Şalva Papuaşvili baş nazirlə birlikdə fəlakət zonasındadır.
“Mən mərhumların ailələrinə başsağlığı vermək istəyirəm. Həmçinin xilasedicilərimizə təşəkkür etmək istəyirəm. Bu dəhşətli ərazidən 210 nəfər təhlükəsiz şəkildə təxliyə edilib. Dünən onlar gün boyu çalışıblar və ümumilikdə 210 nəfər sağ-salamat çıxarılıb. Təəssüf ki, hələ də axtardığımız insanlar var. Belə insanların sayı 36 nəfərdir. Həm axtarış, həm də təmizləmə əməliyyatları davam etdirilir. Çox ağır mənzərədir. Hətta mütəxəssislər deyirdilər ki, 1991-ci il zəlzələsini hesablamasaq, Qərbi Gürcüstanda belə miqyasda təbii fəlakət baş verməyib. Hamımızın gördükləri, o cümlədən yayılan videogörüntülər həqiqətən inanılmazdır”, – Şalva Papuaşvili bildirib.