Şalva Papuaşvili - statusun verilməsi məsələsində hər hansı bir ölkəni seçmək yanlış siyasi mesaj olardı, yanaşma vahid olmalıdır
Statusun verilməsi məsələsində hər hansı bir ölkəni seçmək yanlış siyasi mesaj olardı, yanaşma vahid olmalıdır, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Onun sözlərinə görə, əsasən də indi qərarın sürətləndirilmiş rejimdə qəbul edildiyi bir vaxtda məsələnin ölçülüb-biçilməsi Aİ tərəfindən düzgün və ədalətli yanaşma olmazdı.
“Son zamanlarda müxtəlif modellər haqqında eşidirik, görürük ki, hər üç ölkə ilə bağlı müsbət qərarların verilməsi sual altındadır. Biz görürük ki, nəsə proqnoz vermək çətindir, ekspertlər belə çətinlik çəkirlər. Bu günlərdə və ondan əvvəl də, Brüsselə səfərim zamanı orada olan söhbətlərdən irəli gələrək, fikrimcə indi hər hansı bir ölkəni seçmək təəssüratı yanlış siyasi mesaj olardı. Əgər yanaşma olacaqsa, yanaşma vahid olmalıdır, çünki əsasən də indi qərarın sürətləndirilmiş rejimdə qəbul edildiyi bir vaxtda məsələnin ölçülüb-biçilməsi Aİ tərəfindən düzgün və ədalətli yanaşma olmazdı.
Siyasi qərardan danışarkən, hər üç ölkənin siyasi həmrəylik nümayiş etdirilməsinə ehtiyacı var və hər üç ölkə onunla bağlı Rusiyaya siyasi mesajların olacağını gözləyir. Məhz bu səbəbdən əminəm ki, Avropa həmrəylik, dəstək və eyni zamanda Rusiyaya cəsarətli mesaj verəcək dəyərlərə əsaslanan qərar qəbul edəcək ” -deyə Şalva Papuaşvili bildirib.