Şalva Papuaşvili Sosialistlər və Demokratların Mütərəqqi Alyansı Qrupunun prezidenti ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Parlamentində Sosialistlər və Demokratların Mütərəqqi Alyansı Qrupunun prezidenti İrakse Qarsia Peres ilə görüşüb.
Görüşdə “Gürcü Arzusu” siyasi partiyası ilə Sosialistlər və Demokratların Mütərəqqi Alyansı Qrupunun arasındakı sıx əlaqələr və ümumi Avropa dəyərlərinə dəstək vurğulanıb.
Tərəflər Gürcüstanın Aİ-yə üzvlük müraciətini, Gürcüstanda həyata keçirilən və planlaşdırılan islahatları, Rusiyanın Ukraynaya təcavüzünü müzakirə ediblər.
Sosialistlər və Demokratlar qrupunun lideri Gürcüstanın Avropa istəklərini dəstəklədiyini bildirib.
Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.