Şalva Papuaşvili - siyasi qruplar istənilən faciə ilə bağlı pusquda dururlar və bu davranış mənəviyyata sığışmır
Şalva Papuaşvili - siyasi qruplar istənilən faciə ilə bağlı pusquda dururlar və bu davranış mənəviyyata sığışmır

 
Şovi fəlakəti ilə bağlı sentyabrın 22-də Vaxtanq Qomelauri parlamentdə interpelyasiya formatında dinləniləcək, partiyaların sualları olarsa, nazir cavablandıracaq -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə danışıb.

“Gələn həftənin cümə günü interpelyasiyamız olacaq. Partiyalarda hər hansı bir sual olarsa, həmin suallara məhz daxili işlər naziri cavab verəcək. Bu bir, ikincisi isə bu siyasi qrupların sahib olduğu mənəviyyatdır. İstənilən faciənin pusqusunda durmaq, bu faciədən bir şəkildə istifadə etmək istəkdir və ənənəyə çevrilib. Onların davranışları artıq o qədər mənəviyyata sığmır ki, bu davranışı şərh etmək çətindir. Şovi fəlakətinə gəlincə, bütün suallara dolğun cavablar verildi. Nəsə sual olarsa, daxili işlər naziri cümə günü onlara cavab verəcək və görək sonra nəsə sualları olacaqmı”- deyə Papuaşvili deyib.