Şalva Papuaşvili - sivil dünyanın bəşəriyyət tarixinin ən böyük bəlalarından biri olan faşizm üzərində qələbə çalmasından 78 il keçir, bu gün münasibətilə müharibədə iştirak edən veteranlarımızı dərin ehtiramla təbrik etmək istərdim
Sivil dünyanın bəşəriyyət tarixinin ən böyük bəlalarından biri olan faşizm üzərində qələbə çalmasından 78 il keçir, bu gün münasibətilə müharibədə iştirak edən veteranlarımızı dərin ehtiramla təbrik etmək istərdim. Onların fədakarlığını və xidmətlərini heç vaxt unutmamaq və layiqincə hörmət etmək bizim borcumuzdur – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
O, Gürcüstanın faşizm üzərində qələbəyə böyük töhfə verdiyini bildirib.
“Hamınızı faşizm üzərində Qələbə günü – 9 May münasibətilə təbrik edirəm. Sivil dünyanın bəşəriyyət tarixinin ən böyük bəlalarından biri olan faşizm üzərində qələbə çalmasından 78 il keçir. Bu qələbədə Gürcüstanın töhfəsi böyük oldu – 300 mindən çox gürcü dünya sülhü uğrunda döyüş meydanında həlak oldu. Onların bir çoxunun qəhrəmanlıq tarixçəsi bizə məlumdur, çoxunun isə yox. Hərçənd, bu yaxınlarda dünyanın müxtəlif qaynar nöqtələrində qəhrəman hərbi qulluqçularımızın qlobal sülh və təhlükəsizliyi ləyaqətlə müdafiə etməsi məhz onların qəhrəmanlıq ənənələrinin davamı idi .
Bu gün münasibətilə İkinci Dünya Müharibəsində iştirak edən veteranlarımızı dərin ehtiramla təbrik etmək istərdim. Onların fədakarlığını və xidmətlərini heç vaxt unutmamaq və layiqincə hörmət etmək bizim borcumuzdur”-deyə Papuaşvili yazır.