Şalva Papuaşvili Şərq Tərəfdaşlığı ölkələrinin parlament aparatlarının qadın liderləri şəbəkəsinin nümayəndələri ilə görüşüb
Parlamentin sədri Şalva Papuaşvili Şərq Tərəfdaşlığı ölkələrinin parlament aparatlarının qadın liderləri şəbəkəsinin nümayəndələrini qəbul edib.
Görüşdə Gürcüstan parlamenti və Şərq Tərəfdaşlığı ölkələrinin parlament aparatlarının qadın liderləri şəbəkəsi ilə əməkdaşlığın formatından və şəbəkə çərçivəsində planlaşdırılan gələcək tədbirlərdən bəhs edilib. Parlamentin sədri Gürcüstan parlamentində tətbiq edilən yeniliklər və gələcək planlar haqqında görüş iştirakçılarına məlumat verib.
Gürcüstan parlamenti Şərq Tərəfdaşlığına üzv dövlətlərin parlament aparatlarının rəhbərləri şəbəkəsi çərçivəsində Şərq Tərəfdaşlığı ölkələrinin parlament aparatlarının qadın liderləri şəbəkəsinə ev sahibliyi edir. Tədbirdə Gürcüstan, Moldova, Ukrayna və Azərbaycan parlamentlərinin, həmçinin Acara Muxtar Respublikası Ali Şurası aparatlarının nümayəndələri iştirak edirlər. Bir həftəlik səfər çərçivəsində iştirakçılar ictimai nitq və məruzə yazma texnikalarını mənimsəyəcək, həmçinin Parlamentin Gender Bərabərliyi Şurasının fəaliyyəti ilə tanış olacaqlar.
Şərq Tərəfdaşlığına Üzv Dövlətlərin Parlament Aparatları Rəhbərləri Şəbəkəsinin əsas dəstəkçisi və tərəfdaşı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Şərq Tərəfdaşlığı Ölkələrində Müasir və Güclü Parlament Aparatı” layihəsidir.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.