Şalva Papuaşvili -Şəxsiyyət vəsiqəsi ilə Gürcüstan və Ermənistan arasında gediş-gəliş iki dost xalq üçün problemsiz səyahət baxımından əla fürsətdir
Şəxsiyyət vəsiqəsi ilə Gürcüstan və Ermənistan arasında gediş-gəliş iki dost xalq üçün problemsiz səyahət baxımından əla fürsətdir -bu sözləri Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili “Twitter”də yazır.
Papuaşvilinin yazdığı üzrə, yeni sistem pasportla səyahət sistemini əvəz edəcək və bu, vətəndaşlara daha çox azadlıq verəcək.
“Yaxşı xəbər. Bu gündən Gürcüstan və Ermənistan vətəndaşları şəxsiyyət vəsiqəsi ilə iki ölkə arasında hərəkət edə biləcəklər. Yeni sistem pasportla səyahət sistemini əvəz edəcək və bu, vətəndaşlara daha çox çeviklik və sərbəstlik verəcək. Bu, iki dost xalq üçün problemsiz səyahət etmək baxımından əla fürsətdir”- Papuaşvili yazıb.
Gürcüstan və Ermənistan arasında biometrik şəxsiyyət vəsiqəsi ilə gediş-gəlişin mümkün olduğu saziş qüvvəyə minib.