Şalva Papuaşvili - “Şəffaflıq” dezinformasiya yaydı, guya parlament prezidentin dəvəti olmadan toplaşa bilməz, ya özləri bu məlumatı təkzib etsinlər, ya da onun donoru olan İsveç səfirliyi
Şalva Papuaşvili - “Şəffaflıq” dezinformasiya yaydı, guya parlament prezidentin dəvəti olmadan toplaşa bilməz, ya özləri bu məlumatı təkzib etsinlər, ya da onun donoru olan İsveç səfirliyi

 

Dezinformasiya yayılırdı, o cümlədən müşahidəçi qismində təmsil olunan qeyri-hökumət təşkilatlarının ağzı ilə. Bu günlərdə müxtəlif xarici tərəfdaşlarla münasibətlərdə izah edəsi oluruq ki, texniki cəhətdən nəsə qeyri-mümkündür – bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deyib.

Papuaşvili bildirib ki, bir sıra məlumatlara görə məsuliyyət bu və ya digər “QHT”ni maliyyələşdirənin üzərinə düşür.

“Məsuliyyət bu “QHT”lərin, “İsfed”, “Şəffaflıq”, “GGHA”nın deyil, Gürcüstana qarşı dezinformasiya xarakterli narativləri maliyyələşdirən donorlarının üzərinə düşür. Ötən günlərdə “Beynəlxalq Şəffaflıq” dezinformasiya yaydı, guya parlament prezidentin dəvəti olmadan toplaşa bilməz. Ya “Beynəlxalq Şəffaflıq” özü bu dezinformasiyanı təkzib etsin, ya da onun donoru olan İsveç səfirliyi ortaya çıxıb bunu təkzib etsin. Məhz belə dezinformasiyalar xaricdəki öz nazirliklərinə hopur və burada bizdən soruşurlar ki, həqiqət nədir, yalan nədir. İndi İsveç Səfirliyi bu vaxta qədər olduğu kimi məsuliyyətsiz şəkildə deyil, məsuliyyətli donor kimi davranaraq “Beynəlxalq Şəffaflıq” təşkilatını, guya prezidentin dəvəti olmadan parlamentin toplaşa bilməyəcəyi ilə bağlı dezinformasiyanı ya “Beynəlxalq Şəffaflığ”ın təkzib etməsinə çağıra bilər, ya da İsveç səfirliyinin nümayəndəsinin özü çıxsın, çünki onların pulu və maliyyəsi bu yalanın Gürcüstanda və onun hüdudlarından kənarda yayılmasını mümkün edib” – Papuaşvili bildirib.