Şalva Papuaşvili Samtsxe-Cavaxetidə sərhədçilərlə görüşüb
Şalva Papuaşvili Samtsxe-Cavaxetidə sərhədçilərlə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə Samtsxe-Cavaxetidə 2 saylı “Axaltsixe” idarəsinin, 9 saylı sektorun “Sameba” sərhəd məntəqəsində sərhədçilər ilə görüşüb.

Parlamentin mətbuat xidmətinin verdiyi məlumatda, Şalva Papuaşvili və deputatların yerli özünüidarəetmə orqanlarının nümayəndələri ilə birlikdə sərhəd məntəqəsinin infrastrukturuna baxış keçirdikləri qeyd olunub.

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi, general-mayor Nikoloz Şaradze parlament üzvlərinə sərhəd məntəqəsi barədə məlumat verib.

Parlamentin sədri ilə birlikdə parlament üzvləri : Beka Davituliani, Sozar Subari, Eliso Bolkvadze, Anton Obolaşvili, Samvel Manukiani və Sumbat Kiureğiani Samtsxe-Cavaxetidədirlər.