Şalva Papuaşvili - Salome Zurabişvili “Milli Hərəkat”ın radikal gündəminin bir hissəsidir
“Milli Hərəkat”ın himayəsi ilə impiçment uğursuzluğa düçar olduqdan sonra bizim artıq gürcü xalqının əksəriyyətinin və öz seçicilərinin legitimliyinə malik olmayan prezidentimiz var- deyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Şalva Papuaşvilinin qeyd etdiyi kimi, Salome Zurabişvili “Milli Hərəkat”dan yeganə legitimliyə malikdir.
“Biz bu partiyanın gündəmini bilirik, o da radikalizmdir. Qarşıdan gələn parlament seçkilərinin radikal gündəmə sahib olması üçün artıq hazırlıqların getdiyini görə bilərik. Görünür, o cümldən Salome Zurabişvili də bu radikal gündəmin bir hissəsidir” – Papuaşvili bildirib.