Şalva Papuaşvili Salome Samadaşviliyə müraciət edib- insanları təcrid etməyə çağırmaq faşizmdir, siz bunu 2012-ci ilə qədər artıq etmisiniz
“Tələbələr, mən sizi rus işğalçı rejiminə xidmət edən lektorları boykot etməyə çağırıram. Onların mühazirəsində iştirak etməyin, bununla işğalçı rejimə ən yaxşı cavabı siz verəcəksiniz”-deyə plenar iclasda çıxış edən müxalifətçi deputat Salome Samadaşviliyə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə cavab verib : “İnsanları auditoriyalardan, müxtəlif otaqlardan təcrid etməklə 2012-ci ilə qədər siz bunu bir dəfə etmisiniz, buna faşizm deyirlər”.
Şalva Papuaşvili Salome Samadaşviliyə insanları təcrid etməyin onların yeganə siyasəti olduğunu söyləyib.
“Həqiqəti desəm, müzakirəyə daxil olmaq istəmirəm, sadəcə olaraq mənə müraciət etdiyiniz üçün deyirəm. İnsanları auditoriyalardan, müxtəlif otaqlardan təcrid etməklə siz bunu bir dəfə etmisiniz, buna faşizm deyirlər, bunu 2012-ci ildən əvvəl də etmişdiniz. İndi çağırış etdiyiniz şey Salome xanım, faşizm adlanır, siz artıq 2012-ci ilə qədər bunu etmisiniz. Ona görə də sizdən imtina edirlər, çünki bunu bir dəfə etmisiniz. İnsanları təcrid etmək sizin yeganə siyasətinizdir, başqa heç nə edə bilməzsiniz. Doqquz ilinizi üç dəqiqədə yenidən oyandırdınız, belə cavab verərdim. İnsanları təcrid etməyə çağırmaq faşizmdir və həqiqətən ayıbdır. İnsanları təcrid etmək, başqa ölkənin ümidində olmaq, bunun necə yanaşmalar olduğunu ümumiyyətlə bilmirəm” – deyə Şalva Papuaşvili açıqlayıb.
Parlamentin plenar iclasında “Xarici təsirin şəffaflığı” və “Xarici agentlərin qeydiyyatı haqqında” qanun layihələri müzakirə edilir.