Şalva Papuaşvili sabah parlamentin fəaliyyəti haqqında illik hesabatı və növbəti ilin fəaliyyət planını təqdim edəcək
Şalva Papuaşvili sabah parlamentin fəaliyyəti haqqında illik hesabatı və növbəti ilin fəaliyyət planını təqdim edəcək

 

Parlamentin sədri Şalva Papuaşvili iyunun 7-də keçiriləcək plenar iclasda qanunverici orqanın fəaliyyəti haqqında illik hesabatı və gələn ilin fəaliyyət planını təqdim edəcək.

Saat 12:00-da Şalva Papuaşvilinin parlamentə müraciəti başlayacaq. Spiker tərəfindən parlamentin fəaliyyətinə dair hesabatın təqdim edilməsi reqlamentlə müəyyən edilir.

Reqlamentə əsasən, bir qayda olaraq parlament yaz sessiyasının plenar iclaslarının birinci həftəsində parlamentin fəaliyyəti haqqında illik hesabatı və parlamentin sədri tərəfindən təqdim olunan növbəti ilin fəaliyyət planını dinləyir.

Parlamentin illik hesabatı və növbəti ilin fəaliyyət planının təqdimatından sonra siyasi debatlar keçiriləcək.