Şalva Papuaşvili - Saakaşvilinin prezidentliyi dövründə Kezeraşvili ordudan pul oğurlayıb, cinayət yolu ilə topladığı əmlaklarla Gürcüstan siyasətinə, mediasına və qeyri-hökumət sektoruna qoşulub
Davit Kezeraşvili, cinayət yolu ilə topladığı sərvətlə öz etirafına görə, Gürcüstan siyasətinə, gürcü mediasına və qeyri-hökumət sektoruna qoşulub-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.
Papuaşvili Davit Kezeraşvilinin Mixeil Saakaşvilinin prezidentliyi dövründə gürcü ordusundan pul oğurladığını və əmlak topladığını bildirib.
“Bu, Gürcüstanda korrupsiya və insanlara işgəncə sistemi yaradan bir qrupun tərkib hissəsidir. Bu baxımdan Mixeil Saakaşvili və Davit Kezeraşvili Mixeil Saakaşvilinin həmin dövrdə toplatdığı sərvətlərə görə bir-birindən ayrılmazdır. Özünün etirafına görə, Davit Kezeraşvili cinayət yolu ilə topladığı əmlakı ilə Gürcüstan siyasətinə, gürcü mediasına və Gürcüstanın qeyri-hökumət sektoruna qoşulub” -deyə Şalva Papuaşvili açıqlayıb.