Şalva Papuaşvili - Saakaşvilinin əfvi onun sisteminin bütün qurbanlarını ələ salmaq olardı, ümid edirəm Salome Zurabişvili bu ağır addımı atmayacaq
Şalva Papuaşvili - Saakaşvilinin əfvi onun sisteminin bütün qurbanlarını ələ salmaq olardı, ümid edirəm Salome Zurabişvili bu ağır addımı atmayacaq

 
Saakaşvilini əfv etmək onun sisteminin bütün qurbanlarını ələ salmaq olardı. Ümid edirəm, Salome Zurabişvili bu ağır addımı atmayacaq- bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

Şalva Papuaşvili Salome Zurabişvilinin necə hərəkət edəcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirib.

“Təəssüf ki, Salome Zurabişvili gürcü xalqının qarşısında nəinki şərtləri, həm də konstitusiyanı pozdu. Ona görə də onun necə davranacağını proqnozlaşdırmaq çətindir, lakin bir şeyi demək olar ki, bu, gürcü xalqının marağına və ədalət anlayışına ziddir. Təbii ki, Mixeil Saakaşvilinin əfv edilməsi təkcə onun birbaşa qurbanlarının deyil, həm də onun sisteminin bütün qurbanlarının ələ salınması olardı. Salome Zurabişvili gürcü xalqı qarşısında konstitusiyanın pozulmasına Mixeil Saakaşvili rejiminin qurbanlarının ələ salınmasını da əlavə etmək istəyirsə, o zaman onu əfv edə bilər. Ümid edirəm ki, o, bu ağır addımı atmayacaq”- deyə Şalva Papuaşvili açıqlayıb.