Şalva Papuaşvili - Saakaşvili ilə Navalnının müqayisəsi heç bir məqsəd daşımır, Saakaşvili işgəncə sistemi yaradıb, günahkardır və cəzasını çəkməlidir
Şalva Papuaşvili - Saakaşvili ilə Navalnının müqayisəsi heç bir məqsəd daşımır, Saakaşvili işgəncə sistemi yaradıb, günahkardır və cəzasını çəkməlidir

Mixeil Saakaşvili ilə bağlı məsələ sadədir, o, cinayətkardır və istənilən müqayisə maraqsızdır – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərin Aleksey Navalnı ilə Mixeil Saakaşvili arasında hansı fərqlər və oxşarlıqlar var sualına belə cavab verib.

Şalva Papuaşvilinin qeyd etdiyi kimi, istənilən müqayisə heç bir məqsəd daşımır.

“İstənilən müqayisə ümumiyyətlə maraqsızdır. Mixeil Saakaşvili ilə bağlı məsələ sadədir – o, cinayətkardır, yüngül cinayətə görə deyil, Gürcüstanda işgəncə sistemini və rejimini yaradan şəxsdir. Onun cəzasının hər gününü çəkməsi vacibdir. Bu, Mixeil Saakaşvili rejiminin qurbanları qarşısında bizim məsuliyyətimizdir. İstənilən müqayisə mənasızdır. Bizim üçün əsas diqqət cinayətkar kimi Mixeil Saakaşvilidir. O, öz cəzasını çəkməlidir”- Papuaşvili açıqlayıb.

Gürcüstan hakimiyyətinin Navalnının ölümünə niyə susması ilə bağlı suala Şalva Papuaşvili belə cavab verib: “Ümumiyyətlə, istənilən insanın ölümü məyusedicidir. Mövzu ilə bağlı başqa əlavə şərhim yoxdur”.