Şalva Papuaşvili - Saakaşvili Gürcüstan ərazisində cinayətlər törədib, yeri gəlmişkən, bunu heç kim inkar etmir, bildiyimə görə, o, Gürcüstanda cəza çəkən yeganə Ukrayna vətəndaşı deyil
Şalva Papuaşvili - Saakaşvili Gürcüstan ərazisində cinayətlər törədib, yeri gəlmişkən, bunu heç kim inkar etmir, bildiyimə görə, o, Gürcüstanda cəza çəkən yeganə Ukrayna vətəndaşı deyil

 

Mixeil Saakaşvili Gürcüstan ərazisində cinayətlər törədib, yeri gəlmişkən, artıq heç kim bu cinayətləri inkar etmir – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

“Gürcüstan hakimiyyəti Ukrayna Xarici İşlər Nazirliyi və Ukraynanın ombudsmanının Saakaşvili ilə bağlı etdiyi müraciətləri nəzərə alacaqmı?”-deyə jurnalistlər Papuaşviliyə sual ünvanlayıblar.

Papuaşvili Saakaşvilinin Gürcüstanda cəza çəkən yeganə Ukrayna vətəndaşı olmadığını bildirib.

“Mixeil Saakaşvili Gürcüstan ərazisində cinayətlər törədib, yeri gəlmişkən, bu cinayətləri artıq heç kim inkar etmir. Qətnaməni də görmüşük, guya Mixeil Saakaşvilinin qanunsuz mühakimə olunması ilə bağlı orada bir kəlmə belə deyilmir , heç kim buna görə mübahisə etmir, müvafiq olaraq Gürcüstan ərazisində cinayət törədib və cəzasını Gürcüstan ərazisində çəkir. Mən bildiyim qədərilə o, Gürcüstan həbsxanasında cəza çəkən yeganə Ukrayna vətəndaşı deyil”-deyə Papuaşvili açıqlayıb.

Ukrayna Xarici İşlər Nazirliyi Mixeil Saakaşvili ilə bağlı bəyanat yayıb və bəyanatda gürcü tərəfinə çağırış edir “Saakaşviliyə lazımi tibbi yardım göstərilməsini, eləcə də müalicə məqsədilə Avropa və ya ABŞ klinikasına yerləşdirilməsi üçün Mixeil Saakaşvilinin cəzasının təxirə salınması ilə əlaqədar vəsatəti təmin etsin”. Ukraynanın ombudsmanı Dmitro Lubinets isə Gürcüstan hakimiyyətindən Mixeil Saakaşvilinin yanına buraxılmasını xahiş edir.