Şalva Papuaşvili Ruslan Stepançuka müraciət edir- əminəm ki, daha yaxşı günlər mütləq gələcək və Kiyevdə Ukraynanın qələbəsini qeyd etmək imkanımız olacaq
Şalva Papuaşvili Ruslan Stepançuka müraciət edir- əminəm ki, daha yaxşı günlər mütləq gələcək və Kiyevdə Ukraynanın qələbəsini qeyd etmək imkanımız olacaq

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Ukrayna Ali Radasının sədri Ruslan Stepançuka məktubla müraciət edib.

Məktubda qeyd edildiyi kimi, Ukraynada gedən müharibə zamanı Gürcüstan Ukraynaya tam həmrəyliyini ifadə edib.

“Hörmətli Ruslan, əziz dost, Rusiya Federasiyasının təcavüzünün Ukraynaya və Ukrayna xalqına xaos, dağıntı və ağrı gətirməsindən bir il tamam oldu. Eyni zamanda, bu, ukraynalıların cəsarət, əzmkarlıq və qəhrəmanlığının bir ili idi.

Təcavüzdən bir il sonra Ukrayna heç vaxt olmadığı kimi vahid və qətiyyətlidir və gələcək nəsillərə görkəmli qəhrəmanlıq nümunəsi göstərir.

Bu müddət ərzində Gürcüstan Ukraynaya tam həmrəyliyini ifadə edib.
Müharibənin hətta ən ağır vaxtlarında da Kiyevdəki səfirlikdə Gürcüstan bayrağı endirilməyib. Sülh bərqərar olunana qədər Gürcüstan minlərlə ukraynalı üçün ikinci vətənə çevrilib.

2022-ci ilin aprel ayında Kiyevdəki görüşümüzü qarışıq emosiyalarla xatırlayıram. Səninlə, dostumla görüşümə şad oldum. Lakin, eyni zamanda, Rusiya təcavüzünün faciəvi nəticələri məni kədərləndirdi və sarsıtdı.

Əminəm ki, daha yaxşı günlər mütləq gələcək və Kiyevdə Ukraynanın qələbəsini qeyd etmək imkanımız olacaq. Hörmətli həmkarım, sizə dərin ehtiramımı təsdiqləyirəm” -deyə məktubda qeyd olunub.