Şalva Papuaşvili - Rusiyadan heç bir kütləvi axın ilə işimiz yoxdur, bu dezinformasiya kampaniyasıdır ki, icitmaiyyətdə sakitlik və sülh olmasın
Rusiyadan heç bir kütləvi axın ilə işimiz yoxdur, bu dezinformasiya kampaniyasıdır ki, icitmaiyyətdə sakitlik və sülh olmasın, – bu barədə Gürcüstan Parlamentinin, sədri Şalva Papuaşvili Rusiya vətəndaşlarının Gürcüstana girişi ilə bağlı verilən suala cavab olaraq bəyan etdi.
Onun dediyinə görə, “hökumətə qarşı diskreditasiya kampaniyası aparılır və bu suallar yaradır ki, bu cür məlumatın yayılması niyə baş verir”.
“Rusiyadan heç bir kütləvi axın ilə işimiz yoxdur. Özü də hamıya xatıradıram, Rusiya ilə quru sərhəd Rsuiya tərəfindən bağlıdır. Larsi sərhədindən yalnız yük keçir və piyada keçid yoxdur. Göstəricilərə gəldikdə, dünən mövzü müəyyən dərəcədə elə müzakirə olunmuşdu, bir hissəsi dezinformasiya kampaniyadır, onun üçün ki, ictimaiyyətdə narahatlıq yaransın və sakitlik və sülh olmasın. Bu prosesdə medianın rolu xüsusilə əhəmiyyətlidir və müraciət edirəm ki, yoxlanılmamış məlumat yayılmasın və vəziyyətin dramatizasiyası baş verməsin, onun əvəzinə ki, obyektiv faktlar olsun”, – Şalva Papuaşvili bəyan etdi.