Şalva Papuaşvili - Rusiya ilə heç bir danışıqlardan söhbət gedə bilməz, viza rejimi birtərəfli qaydada tətbiq edilmişdi və birtərəfli qaydada ləğv edilib
Şalva Papuaşvili - Rusiya ilə heç bir danışıqlardan söhbət gedə bilməz, viza rejimi birtərəfli qaydada tətbiq edilmişdi və birtərəfli qaydada ləğv edilib

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Rusiya ilə heç bir gizli danışıqlar aparılmadığını bildirib.

“Heç bir danışıqlardan söhbət gedə bilməz. Söhbət Rusiyanın birtərəfli qərarından gedir, axı Gürcüstan heç bir qərar qəbul etməmişdi. Gürcüstan vətəndaşları üçün birtərəfli qaydada viza öhdəliyi tətbiq edilmişdi və bu öhdəlik birtərəfli qaydada ləğv edilib” – deyə Şalva Papuaşvili açıqlayıb.

Dəniz nəqliyyatı ilə bağlı yayılmış məlumata gəlincə, suala cavab olaraq Papuaşvili qeyd olunan məlumatların həqiqətə uyğun olmadığını qeyd edib.

“Bu, “Droa” və Elene Xoştarianın müxtəlif informasiya mənbələrinə istinadən yaydığı adi “feyk” idi. Hər hansı dəniz nəqliyyatından söhbət gedə bilməz. Kommersiya reysi və ya tamamilə Ermənistana məxsus gəmi ilə daşımadan söhbət gedir. Gürcüstan beynəlxalq konvensiyanın iştirakçısı kimi dənizə çıxışı olmayan ölkəyə tam və sərbəst çıxış imkanı verməyə borcludur. Ermənistan quru ilə mühasirə edilmiş, dənizə çıxışı olmayan ölkədir və ümumiyyətlə, ikitərəfli öhdəliklərimizi bir yana qoysaq, Ermənistanla əlaqəli bu ölkənin Qara dənizə çıxışının olması bizim beynəlxalq konvensiya ilə öhdəliyimizdir. Bu, yükdaşıma , tamamilə tranzit və Ermənistana məxsus idi. Gəmiyə nə sanksiya tətbiq olunmuş, nə Rusiya bayrağı altında üzür, nə də yükə sanksiya tətbiq edilmişdi” -deyə Şalva Papuaşvili açıqlayıb.