Şalva Papuaşvili - Rumıniyaya səfərdə məqsəd Gürcüstana namizəd statusunun verilməsi məsələsində həmkarlarımızla danışmaq, onların dəstəyini qazanmaqdır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Rumıniyadadır. Papuaşvilinin qeyd etdiyi kimi, Rumıniyaya səfərdə məqsəd həmkarlar ilə Gürcüstana namizəd statusunun verilməsi məsələsini danışmaq və onların dəstəyini qazanmaqdır.
Parlament sədri Rumıniyanın Gürcüstanla əlaqələr baxımından xüsusi rola malik olduğunu bildirib.
“Bu gün Rumıniyaya rəsmi səfərə başlayırıq. Həm Senatda, həm də Nümayəndələr Palatasında görüşlər keçirmək imkanımız olacaq. Senatda çıxış etmək şərəfinə nail olacağam. Təbii ki, nümayəndə heyətimizin səfərində məqsəd həmkarlarımızla Gürcüstana namizəd statusunun verilməsi məsələsi haqqında danışmaq, onların dəstəyini qazanmaqdır. Hazırda başlayan layihələrdən irəli gələrək, Gürcüstanla münasibətlərdə Rumıniyanın xüsusi rolu var. Onların arasında Gürcüstan və Rumıniyanı birləşdirəcək Qara dəniz sualtı kabel layihəsi də var. Bu, Avropa İttifaqına Gürcüstandan da daxil olmaqla bərpa olunan enerji almaq imkanı yaradacaq.
Bundan əlavə, indiki inteqrasiya prosesində Rumıniya xüsusi rola malikdir. Onun Moldovaya xüsusi dəstəyi var və biz bu məsələdə də onların dəstəyini daha çox görmək istəyirik. Bu yaxınlarda biz Venesiya Komissiyasına qanun layihələrinin bütün paketlərini göndərdik. Əminəm ki, müsbət qiymətləndirmələrimiz olacaq və digər tərəfdən də üzərimizə düşəni etdiyimizi göstərəcəyik. Ən əsası Avropa İttifaqının ədalətli qərar verməsi və ölkənin status almasıdır.
Bir çox araşdırmalara görə, biz müxtəlif istiqamətlərdə bəzi Aİ-yə üzv və namizəd ölkələri qabaqlayırıq. Təbii ki, bu, son on ildə həyata keçirilən islahatların nəticəsidir” – deyə Şalva Papuaşvili açıqlayıb.
Rumıniyaya səfər çərçivəsində Gürcüstanın parlament sədrinin Rumıniya Senatının prezidenti, Deputatlar Palatasının prezidenti vəzifəsinin icraçısı və Rumıniya Parlamentinin hər iki palatasının komitələrinin nümayəndələri ilə görüşləri planlaşdırılıb.
Gürcüstan parlamentinin sədri plenar iclasda senatın üzvləri qarşısında çıxış edəcək. Səfər çərçivəsində Şalva Papuaşvili Rumıniyanın Baş naziri və xarici işlər naziri ilə görüşəcək. Gürcüstan parlamentinin nümayəndə heyətinə Şalva Papuaşvili ilə yanaşı, Davit Sonğulaşvili, İsko Dasen, Qenrietta Tsitsava və Ekaterine Sepaşvili daxildir.