Şalva Papuaşvili - Qərbin rəhbərliyi ilə planlaşdırılan missiyalara töhfəmiz çox vaxt NATO üzvü olan bir çox ölkələrin töhfəsindən çox idi
Qərbin rəhbərliyi altında planlaşdırılan missiyalara bizim töhfəmiz çox vaxt NATO-ya üzv olan bir çox ölkələrin töhfəsindən qat-qat yüksək olub, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Twitter” sosial şəbəkəsində yazır.
Şalva Papuaşvili Əfqanıstanda sülhməramlı missiyada iştirak edən ölkələrin siyahısını dərc edir. Bu siyahıya əsasən Gürcüstan hərbi personalının sayına görə NATO-nun 31 ölkəsindən 28-ni qabaqlayır və tərəfdaş ölkələr siyahısında isə birincidir.
“Gürcüstan sülh və demokratiyanın təmin edilməsi üçün qlobal nizamın möhkəmləndirilməsində Qərbin ən sadiq müttəfiqidir. Bizim Qərbin rəhbərlik etdiyi missiyalara verdiyimiz töhfə NATO-nun bir çox üzv dövlətlərinin töhfəsini çox vaxt üstələyirdi. Biz ölkəmiz və müttəfiqlərimiz üçün lazım olanda hazırlaşmaq və döyüşmək əzmimizlə fəxr edirik”, – Şalva Papuaşvili yazıb.