Şalva Papuaşvili - Qərbi Balkanlar və Şərq Qonşuluğu arasında əməkdaşlıq körpülərinin qurulmasını dəstəkləməyə hazırıq, yaxın gələcəkdə hamımız bir böyük ailənin üzvləri olacağıq
Şadam ki, bu gün Gürcüstan parlamentində biz Avropa İttifaqının genişlənməsi, bütün Avropanın sülh şəraiti, sabitliyi, təhlükəsizliyi və iqtisadi inkişafa strateji sərmayə kimi bir məsələni müzakirə edirik- bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Gürcüstan və Qərbi Balkan ölkələrinin parlamentlərarası konfransında çıxışı zamanı açıqlayıb.
O, Gürcüstanın namizəd üzv statusu verilməsi ilə bu yaxınlarda Avropa İttifaqına daxil olmaq istəyən ölkələr qrupuna qoşulduğunu bildirib.
“Ötən ilin tarixi qərarı bizim böyük əməyimiz və əldə etdiyimiz nəticələrin etirafı olmaqla yanaşı, həm də ölkəmizin Avropa İttifaqına daxil olması yolunda mühüm addım idi. Biz başa düşürük ki, Avropa İttifaqına daxil olmaq səbr və böyük əmək tələb edən uzun prosesdir. Bu prosesdə illərdir bu yolda dayanmış və Avropa İttifaqının standartlarına yaxınlaşmaqda dəyərli təcrübə toplayan ölkələrin ən yaxşı təcrübəsinin öyrənilməsi vacibdir” – deyə Şalva Papuaşvili qeyd edib.
O, gürcü qanunvericiliyində müxtəlif direktivlərin nəzərə alındığını bildirib. Parlament sədri qeyd edib ki, Gürcüstan və Qərbi Balkan ölkələrinin parlamentlərarası konfransı Avropa İttifaqına qoşulma məsələləri üzrə təcrübə mübadiləsi və ümumi maraq doğuran sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məqsədi daşıyır.
Papuaşvili, üzvlüklə bağlı danışıqların aparılması prosesi, üzvlükdən əvvəl nəzərdə tutulan yardım, avropalaşma prosesinin daha yaxşı idarə olunması və s. kimi məsələlərin nəzərdə tutulduğunu bildirib.
Parlament sədri, Qərbi Balkan ölkələrinin bu yolda üzləşdiyi çağırışların da Gürcüstan üçün maraqlı olduğunu açıqlayıb.
“Ümid edirəm ki, Gürcüstanın təcrübəsi bugünkü tədbirin iştirakçıları üçün maraqlı olacaq. Yaxın gələcəkdə hamımız bir böyük ailənin tamhüquqlu üzvləri olacağıq. Müvafiq olaraq, biz bu gün sizin yaxın və dəyərli tərəfdaşınız olmağa, eləcə də Qərbi Balkanlar və Avropa İttifaqının Şərq Qonşuluğu arasında əməkdaşlıq körpülərinin qurulmasına kömək etməyə hazırıq” – Şalva Papuaşvili açıqlayıb.
Papuaşvilinin rəyinə görə, ölkələrimizin Avropa İttifaqına daxil olmaq yolunda irəliləməsi üçün Avropa İttifaqının vahid bazarının nəzərdə tutduğu azadlıqlara tədricən daha çox çıxış imkanının yaradılması vacibdir, bu da vətəndaşlarımıza daha nəzərəçarpacaq nəticələr verəcək.
“Mütərəqqi inteqrasiya ölkələrimizi və vətəndaşlarımızı Aİ-yə tam üzvlüyə hazırlamaq üçün ən yaxşı yollardan biridir. Ötən il Gürcüstana Aİ Nəqliyyat Birliyində müşahidəçi statusu verilib ki, bu da bizim Aİ nəqliyyat bazarına mütərəqqi inteqrasiyamıza kömək edəcək. Gürcüstan həmçinin Vahid Avropa Ödəniş Zonası, Vahid Rouminq Zonası və Aİ-nin Mülki Müdafiə Mexanizminə üzvlük üçün müraciət edib. Vətəndaşlarımız məhz bu yolla Avropa İttifaqından qaynaqlanan faydaları xüsusilə hiss edəcəklər. Bu gün sizi bu yeni formatda qonaq etməkdən məmnunam. Əminəm ki, qarşıda bizi maraqlı müzakirələr gözləyir. İnanıram ki, əməkdaşlığımız və təcrübə mübadiləmiz gələcək Avropa inteqrasiyasına əhəmiyyətli töhfə verəcək. Ölkələrimizin gələcəyi Avropa İttifaqındadır və bu yolda bir-birimizə dəstək olmaq, şübhəsiz ki, bizi arzuolunan məqsədə aparacaq”- Şalva Papuaşvili qeyd edib.