Şalva Papuaşvili - Qaxaria hakimiyyətdə olmağın İvanişvilinin marionetliyi olduğunu deyirsə, o zaman baş nazir olduğu dövrdə özünü marionet hesab edib-etmədiyi sualına cavab versin
Şalva Papuaşvili - Qaxaria hakimiyyətdə olmağın İvanişvilinin marionetliyi olduğunu deyirsə, o zaman baş nazir olduğu dövrdə özünü marionet hesab edib-etmədiyi sualına cavab versin

Biz seçkilərdə ictimaiyyətin Qaxariaya və onun siyasi partiyasına münasibətini gördük, bu sorğularda da görünür, ictimaiyyət ona ən yaxşı cavabı verir -bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

“Gürcü Arzusu”nun liderləri İvanişvilinin marionetləridir və İvanişvili “Arzu”nu pərdə arxasından idarə edir”-deyə Qiorqi Qaxarianın verdiyi bəyanatla bağlı Papuaşviliyə sual ünvanlayıblar.

“Sabiq baş nazirə belə şərhlər yaraşmır. Qaxaria hakimiyyətdə olmağın İvanişvilinin marionetliyi olduğunu deyirsə, o zaman baş nazir olduğu dövrdə özünü marionet hesab edib-etmədiyi sualına cavab versin. Təəssüf ki, biz bunu çoxdan müşahidə edirik və cəmiyyət də buna reaksiya verdi. Biz seçkilərdə ictimaiyyətin Qaxariaya və onun siyasi partiyasına münasibətini gördük, bu sorğularda da görünür, ictimaiyyət ona ən yaxşı cavabı verir” – deyə Papuaşvili açıqlayıb.