Şalva Papuaşvili - Prokurorluq Partsxaladze məsələsi ilə bağlı sübut üçün ABŞ-a müraciət edib, sübutlar təqdim edilməsə, bütün ittihamların puç olduğu üzə çıxacaq
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin sözlərinə görə, ABŞ-ın Otar Partsxaladzeyə sanksiya tətbiq edilməsinə dair sübut təqdim etməsini gözləyirlər.
“Partsxaladze məsələsinə gəlincə, bizə məlum olan yeganə şey odur ki, prokurorluq sübut üçün ABŞ-a müraciət edib. Biz bu sübutların təqdim edilməsini gözləyirik. Sübut təqdim edilmədiyi təqdirdə bütün ittihamların puç olduğu məlum olacaq”, – Şalva Papuaşvili bildirib.
ABŞ bu il sentyabrın 14-də Otar Partsxaladzeyə sanksiya tətbiq etdiyini elan edib.