Şalva Papuaşvili - Patriarxın məktubunda Ukrayna haqqında sözlər dinlədik, Ukrayna torpağında olduqca tezliklə sülhün bərqərar olması vacibdir
Bütün Gürcüstanı Müqəddəs Pasxa Bayramı münasibətilə təbrik edirəm, – bu barədə Parlamentin sədri, Şalva Papuaşvili Sameba Kafedral Məbədində Pasxa liturgiyasında bəyan etdi.
Şalva Papuaşvilinin sözlərinə görə, Patriarxın məktubunda Ukraynadan da bəhs edilirdi və Parlament sədrinin sözlərinə görə, Ukrayna torpağında olduqca tezliklə sülhün bərqərar olması vacibdir.
“Bu bayramı qedən bütün hamını təbrik edirəm; bu günü qeyd edən abxaz və osetin qardaşlarımızı təbrik edirəm; bütün pravoslav dünyasını və xüsusən də Ukrayna xalqını Müqəddəs Pasxa Bayramı münasibətilə təbrik edir, onlara sülh arzulayıram.
Biz bu gün Patriarxın məktubunda o cümlədən Ukrayna haqqında sözlər dinlədik və hesab edirəm ki, bu gün və bu Pasxa hamımızın xüsusilə Ukrayna xalqı haqqında düşünməyimiz vacibdir; Ukrayna torpağında olduqca tezliklə sülhün bərqərar olması barəsində düşünək”, – Şalva Papuaşvili bəyan etdi.