Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (IPU) 147-ci Assambleyasının fəaliyyətində iştirak edəcək
Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (IPU) 147-ci Assambleyasının fəaliyyətində iştirak edəcək

 
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərliyi ilə parlament nümayəndə heyəti oktyabrın 23-27-də Anqolanın paytaxtı Luandada keçiriləcək Parlamentlərarası İttifaqın (IPU) 147-ci Assambleyasının fəaliyyətində iştirak edəcək.

Parlamentin yaydığı məlumata əsasən, səfər çərçivəsində Gürcüstan parlamentinin sədrinin assambleyanın sessiyasında çıxışı nəzərdə tutulub; Həmçinin Şalva Papuaşvili parlament sədrləri ilə ikitərəfli görüşlər keçirəcək.

Gürcüstan parlamentinin nümayəndə heyətinə parlamentin sədri ilə birlikdə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədr müavini Salome Kurasbediani daxildir.