Şalva Papuaşvili Parlamentlərarası İttifaqın 145-ci Assambleyasının fəaliyyətində iştirak edəcək
Şalva Papuaşvili Parlamentlərarası İttifaqın 145-ci Assambleyasının fəaliyyətində iştirak edəcək

 

Oktyabrın 11-16-da Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi parlament nümayəndə heyəti Ruandanın paytaxtı Kiqalidə keçiriləcək Parlamentlərarası İttifaqın (İPU) 145-ci Assambleyasının fəaliyyətində iştirak edəcək.

Gürcüstan parlamentinin mətbuat xidmətinin verdiyi məlumatda səfər çərçivəsində Şalva Papuaşvilinin assambleyanın iclasında çıxışının nəzərdə tutulduğu bildirilir.

Gürcüstan parlamentinin sədri həmkarları ilə ikitərəfli görüşlər keçirəcək. Söhbət əsasən Gürcüstanın işğal olunmuş ərazilərinin tanınmaması siyasətinin dəstəklənməsi barədə aparılacaq.

145-ci Assambleyada qlobal təhlükəsizlik çağırışları və onların həlli yollarının müzakirəsi planlaşdırılır. Həmçinin parlamentlərdə gender bərabərliyini müzakirə edəcəklər.

Assambleyada 120 ölkədən 1200-dən çox nümayəndə, o cümlədən 60 parlament sədri iştirak edəcək.

Gürcüstan parlamentinin nümayəndə heyətinə parlamentin sədri ilə birlikdə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze, Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədrinin birinci müavini Xatia Tsilosani və parlament siyasi qrupu “Qirçi”nin üzvü Aleksandre Rakviaşvili daxildir.