Şalva Papuaşvili - Parlament adından Qudauridə həlak olanların ailələrinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verirəm, onlar qəhrəmandırlar
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili Qudauridə faciə zamanı həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir.
“Qudauridə baş vermiş faciə ilə bağlı, Daxili İşlər Nazirliyinin fövqəladə hallar idarəsi xidmətinin əməkdaşlarının və tibb işçilərinin həlak olmasından kədərləndiyimi ifadə edirəm.
Onlar peşə borcunu yerinə yetirərkən – insanların xilas edilməsi əməliyyatı zamanı həlak oldular. Onların ölümü bütün ölkə üçün böyük itkidir. Bu ağrı və kədər ümumidir.
Parlament adından Qudauridə həlak olanların ailələrinə, yaxınlarına və əməkdaşlarına başsağlığı verirəm, onlar qəhrəmandırlar. Onların xatirəsi qarşısında baş əyirəm”, – Şalva Papuaşvilinin başsağlığı məktubunda deyilir.