Şalva Papuaşvili - Otar Partsxaladzenin son on ildir dövlət strukturları ilə heç bir əlaqəsi yoxdur, o, özəl şəxsdir
Otar Partsxaladzenin son on ildir dövlət strukturları ilə heç bir əlaqəsi yoxdur, o, özəl şəxsdir, eyni zamanda, o, Gürcüstanın bu tipli sanksiyalar tətbiq olunmuş ilk vətəndaşıdır- bu barədə parlamentin sədri Şalva Papuaşvili “İmedi”nin efirində danışıb.
“Müvafiq qurumlar bu məsələni araşdıracaq və ictimaiyyətin məsələnin nədən ibarət olması barədə məlumatı olacaq. Ümumiyyətlə, Rusiyaya qarşı sanksiyalara gəlincə, Gürcüstan bu sanksiyalara əməl edir. Müvafiq olaraq, əsas odur ki, sanksiyalardan yayınmağa yol verilməsin”- deyə Papuaşvili qeyd edib.
ABŞ Rusiyanın Ukraynada qeyri-qanuni müharibəsi ilə əlaqədar 150-dən çox fiziki və hüquqi şəxsə sanksiya tətbiq edib. Sanksiya tətbiq edilənlər arasında Gürcüstanın keçmiş baş prokuroru Otar Partsxaladze də var.