Şalva Papuaşvili ombudsmanlığa namizədlərin qiymətləndirici komissiyasının qurulması ilə əlaqədar müxalifət partiyaları ilə məsləhətləşmələr aparır
Şalva Papuaşvili ombudsmanlığa namizədlərin qiymətləndirici komissiyasının qurulması ilə əlaqədar müxalifət partiyaları ilə məsləhətləşmələr aparır

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ombudsmanlığa namizədlərin qiymətləndirici komissiyasının qurulması ilə əlaqədar müxalifət partiyaları ilə məsləhətləşmələr aparır.

Parlamentin sədri ilə görüşdə “Vətəndaşlar” partiyasının üzvü Levan İoseliani, “Qirçi”dən İaqo Xviçia, “Gürcüstan Naminə” partiyasından Ana Buçukuri və “Milli Hərəkat”dan Levan Bejaşvili iştirak edirlər.

Məhz siyasi qruplarla məsləhətləşmələr nəticəsində qiymətləndirici komissiyanın  necə qurulacağına qərar veriləcək və dəqiqləşdiriləcək.

“Parlamentin reqlamentində edilən dəyişikliyə əsasən, parlament sədri ombudsman vəzifəsinə namizədləri qiymətləndirməli olan işçi qrupu qurmazdan əvvəl müxalif həmkarları ilə müvafiq məsləhətləşmələr aparmağa borcludur. Məhz bu görüş bu məsləhətləşmələrə xidmət edir. Bir daha təkrarlayıram, bu, işçi qrupunun, namizədləri qiymətləndirəcək işçi qrupunda kimlərin olacağı ilə bağlı məsləhətləşmələrdir. Bununla belə, ictimaiyyətə açıqlamağımız gərəkən daha bir vacib məsələ ondan ibarətdir ki, işçi qrup bu və ya digər namizədlə bağlı yekun qərar verə bilməz və namizədin seçilməsi və ya seçilməməsi məsələsi son nəticədə parlament tərəfindən, yəni 90 deputatın dəstəyi ilə həll edilir. İşçi qrupun tərkibinə gəlincə, bu, ilk iclasdır və təbii ki, bu məsələdə parlament sədrinin fikirlərini eşitməliyik. Ombudsmanlığa konkret namizədlərə gəlincə, artıq bir neçə namizədin adının çəkildiyini bilirəm. Komandamızın mövqeyi ondan ibarətdir ki, bu proses tam bitənə , namizədlərin özlərini təqdim etməsinə qədər və parlamentə müraciət üçün hələ də vaxtın olması, bu prosesin davam etməsi fonunda , ilkin qiymətləndirmələrin mənası yoxdur, nə də məqsədəuyğundur “-deyə “Gürcüstan Naminə” partiyasının üzvü Ana Buçukuri bildirib.