Şalva Papuaşvili ombudsmanın seçilməsi ilə bağlı sərəncamı günün sonuna qədər dərc edəcək
Şalva Papuaşvili ombudsmanın seçilməsi ilə bağlı sərəncamı günün sonuna qədər dərc edəcək

 

Parlamentin spikeri Şalva Papuaşvili ombudsmanın seçilməsi ilə bağlı sərəncamı günün sonuna qədər dərc edəcək.

Sərəncamda ombudsmanın seçilməsi üçün tələb olunan xüsusi meyarlar yazılıb.

Şalva Papuaşvili bu gün sənədi müxalifət partiyalarına təqdim edib.

“Namizədlərin müraciət etməsi üçün formal tələbləri özündə əks etdirən əmrin mətni razılaşdırılıb. Gələcəkdə yaradılacaq qiymətləndirmə komissiyası namizədləri qiymətləndirəcək. Bu qiymətləndirmə onları heç bir şəkildə bloklamaq demək deyil. Formal tələblərə cavab verən bütün namizədlər parlamentdə qəbul olunacaq və parlament onlar haqqında müzakirə aparacaq. Qiymətləndirmə komissiyasının özü ilə bağlı daha çox məsləhətləşmələr aparılacaq. Bundan sonra komissiyada kimin təmsil olunacağını parlament sədri deyəcək” – deyə parlamentin vitse-spikeri Levan İoseliani bildirib.