Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Lixtenşteyn Knyazlığında görüşlərə başlayır
Şalva Papuaşvili nümayəndə heyəti ilə birlikdə Lixtenşteyn Knyazlığında görüşlərə başlayır

 
Bu, parlament sədrinin Lixtenşteyn Knyazlığına ilk rəsmi səfəridir, bu gün bizim baş nazir, parlamentin sədri ilə görüşümüz olacaq-bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili açıqlayıb.

O, görüşlərdə əsas məsələnin ünsiyyət və əlaqələrin gücləndirilməsi olacağını bildirib.

“Ölkələr arasında münasibətlərin parlamentlər arasında daha da yaxınlaşması xüsusi əhəmiyyət kəsb edir. Lixtenşteyn bu ilin birinci yarısında Avropa Şurası Nazirlər Komitəsinin sədridir. Bundan irəli gələrək, Gürcüstanın Avropa Şurasındakı maraqlarından danışmağımız üçün onun sədrliyi xüsusi əhəmiyyət kəsb edir. Lixtenşteyn Birləşmiş Millətlər Təşkilatında Gürcüstanda olan məcburi köçkünlərlə bağlı qətnaməmizin fəal dəstəkçilərindən biridir. Təbii ki, bu mövzulardan danışacağıq. Həmçinin, regionda mövcud mürəkkəb təhlükəsizlik mühiti səbəbindən Gürcüstanın bu təlatümlü dövrdə üzləşdiyi çağırışlar haqqında danışacağıq” – Papuaşvili açıqlayıb.