Şalva Papuaşvili növbədənkənar iclasın keçirilməsi üçün prezidentə müraciət edib
Parlamentin sədri Şalva Papuaşvili Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq, iyulun 3-də saat 11:00-da növbədənkənar iclasın çağırılması üçün Gürcüstan Prezidentinə müraciət edib.
Gürcüstan parlamentinin məlumatına əsasən, növbədənkənar iclasda müzakirəyə çıxarılması ehtimal olunan məsələlər bunlardır:
“Gürcüstanın Seçki Məcəlləsi” ilə bağlı prezidentin əsaslandırılmış qeydləri;
“Yayımçı haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşla;
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanuna dəyişiklik üçüncü oxunuşla;
“Sağlamlığın müdafiəsi haqqında” qanuna dəyişiklik üçüncü oxunuşla;
“Müdafiə Məcəlləsi” ikinci oxunuşla.