Şalva Papuaşvili - növbədənkənar sessiyanı açmaq üçün plenar iclas keçirilməlidir, lakin plenar iclas üçün müəyyən edilmiş məsələlər təqdim olunmayıb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin sözlərinə görə, müxalifətin təqdim etdiyi məsələlər plenar iclasın gündəliyinə salına bilməz, çünki onların heç biri üzrə komitə dinləmələri keçirilməyib və aparıcı komitələrin yekun rəyi yoxdur. Papuaşvili bundan irəli gələrək plenar iclas üçün müəyyən edilmiş məsələlərin təqdim edilmədiyini, müvafiq olaraq, növbədənkənar sessiyanın da keçirilə bilinməyəcəyini, çünki növbədənkənar sessiyanın açılışı üçün plenar iclasın keçirilməsinə ehtiyac duyulduğunu bildirir.
“Müzakirə olunacaq məsələlərə heç nə daxil edilməyib və bunun səbəbi aşağıdakıdır– bildiyiniz kimi, Gürcüstan parlamentinin üzvlərinin bir hissəsi prezidentə növbədənkənar sessiyanın çağırılması məktubu ilə müraciət ediblər və məktubda növbədənkənar sessiyanın müzakirəsinə çıxarılacaq məsələlər olaraq dörd qanunlayihə müəyyən edilib. Bu məktuba cavab olaraq, səhv etmirəmsə, prezident iyulun 15-də sərəncam verərək sessiya təyin etdi, lakin qanunlayihələrin komitə dinləmələrindən keçmədiyinə , heç biri barədə aparıcı komitələrin rəyi hələ də olmadığına görə o, plenar iclasın gündəliyinə salına bilməz. Müvafiq olaraq, plenar iclas üçün müəyyən edilmiş məsələlər bu baxımdan təqdim olunmayıb və bizdə yoxdur.
Növbədənkənar sessiya plenar iclasla açılır. Növbədənkənar sessiyanın açılması üçün növbədənkənar sessiyanın açılacağı plenar iclasın keçirilməsi zəruridir. Lakin, eyni zamanda, müzakirə edəcəyimiz gündəmin məsələləri yoxdur. Büro sizin sadaladığınız dörd məsələni gündəliyə daxil edə bilməz, çünki bununla bağlı komitə müzakirələri və müvafiq olaraq aparıcı komitələrin yekun nəticələri yoxdur” -deyə Şalva Papuaşvili parlament bürosunun iclasında bildirib.