Parlamentin sədri Şalva Papuaşvili Niderland Krallığının fövqəladə və səlahiyyətli səfiri Maaike van Koldam ilə görüşüb.
Gürcüstan parlamentinin mətbuat xidmətinin məlumatında Şalva Papuaşvilinin parlament nümayəndə heyətinin Niderland Krallığına səmərəli səfərindən danışdığı və parlament komitələri arasında əlaqələrin aktivləşdirilməsinin vacibliyini vurğuladığı deyilir.
Parlamentin sədri həmçinin qeyd edib ki, 2023-cü ildə hollandiyalı həmkarlarının Gürcüstana səfərini səbirsizliklə gözləyir.
Görüşdə Niderland Maliyyə və Milli İqtisadiyyat Akademiyası ilə Gürcüstan Parlamenti arasında, dövlət maliyyəsinə parlament nəzarəti ilə bağlı həyata keçirilən qardaşlaşma layihəsi müsbət qiymətləndirilib.
Şalva Papuaşvili parlamentin 2022-ci ilin sonuna qədər həyata keçirəcəyi planlar barədə səfirə məlumat verib və Gürcüstanın Aİ-nin tövsiyələrini yerinə yetirməsi barədə danışıb.
Səfir Niderlandın hazırda Gürcüstana böyük diqqət yetirdiyini qeyd edib və Gürcüstanın birgə səylərlə mühüm nəticələr əldə edəcəyinə ümid etdiyini bildirib.