Şalva Papuaşvili NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb
Şalva Papuaşvili NATO Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb

 

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvləri ilə görüşüb.

Şalva Papuaşvili NATO tərəfindən Gürcüstanın ərazi bütövlüyü və demokratik inkişafına verilən dəstəyə görə minnətdarlığını bildirib.

Görüşdə Rusiyanın Ukraynaya təcavüzü, regional təhlükəsizlik vəziyyəti, Gürcüstandakı mövcud vəziyyət, NATO-Gürcüstan münasibətləri və istiqamətləri üzrə ikitərəfli parlament dialoqu haqqında danışılıb.

Qeyd olunub ki, Gürcüstan illər boyunca NATO-nun etibarlı və məsuliyyətli tərəfdaşıdır və Şimali Atlantika Alyansı NATO-ya inteqrasiya yolunda ölkəmizə dəstəyini davam etdirəcək.

Görüşdə Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri və NATO Parlament Assambleyasında Parlamentin Daimi Nümayəndəliyinin rəhbəri İrakli Beraia və komitənin üzvləri Qiorqi Xelaşvili və Teona Akubardia, eləcə də Avropaya İnteqrasiya Komitəsinin sədri , Maka Boçorişvili iştirak edib.

Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.