Şalva Papuaşvili - NATO-nun Vilnüs sammitindən sonra, sammitdən əvvəl yazdığım hər sözü daha qəti şəkildə təkrar edirəm
Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili NATO-nun Vilnüs sammitindən bir gün əvvəl dərc olunmuş postu “tvitter” sosial şəbəkəsində paylaşır və sammitdən əvvəl yazdığı bütün sözlərlə razılaşdığını yazır.
“NATO-nun Vilnüs sammitindən sonra, sammitdən əvvəl yazdığım hər sözü daha qəti şəkildə təkrar edirəm”, – Papuaşvili yazır.
Xatırladaq ki, Gürcüstan Parlamentinin sədri, Şalva Papuaşvili sammitdən bir gün əvvəl “feysbuk” səhifəsində Gürcüstanın NATO-ya üzvlüyünün partiya siyasətindən üstün olması lazım olduğunu qeyd etmişdi.