Şalva Papuaşvili - NATO-nun Madrid sammitində Gürcüstana yönəlik daha aydın mesajların olacağına dair gözləntimiz var, sözlərin əmələ çevrilməsi vacibdir
Şalva Papuaşvili - NATO-nun Madrid sammitində Gürcüstana yönəlik daha aydın mesajların olacağına dair gözləntimiz var, sözlərin əmələ çevrilməsi vacibdir

 

NATO-nun Parlament Assambleyasının nümayəndə heyəti ilə bir tərəfdən NATO-ya üzvlük qapısının açıq olduğu, digər tərəfdən isə heç bir praktiki addımın atılmadığı on dörd illik çıxılmaz vəziyyətdən danışdıq. Bu baxımdan, əsasən də müassir təhlükəsizlik çağırışları fonunda irəliləyiş əldə etmək önəmlidir-bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili NATO-nun Parlament Assambleyasının Müdafiə və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşdən sonra bildirib.

Şalva Papuaşvilinin sözlərinə görə, Gürcüstan NATO standartlarına tam uyğundur və Madrid sammitindən aydın mesajların olacağını gözləyir.

“Gürcüstan faktiki olaraq artıq NATO standartlarına tam uyğundur. Silahlı qüvvələrimizin 80%-dən çoxu müxtəlif formalarda NATO missiyalarında və ya müxtəlif təlimlərdə iştirak edib və bu baxımdan uyğundur. Bilirsiniz ki, ölkəmiz Əfqanıstan da daxil olmaqla adambaşına düşən beynəlxalq missiyaların ən böyük iştirakçılarından biri idi və bu baxımdan Gürcüstan NATO-nun üzvü olmamasına baxmayaraq, öz davranışı ilə NATO-ya üzv dövlətlərin götürdüyü məsuliyyətə oxşar məsuliyyəti öz üzərinə götürür və o təkcə təhlükəsizlik sisteminin istifadəçisi deyil, həm də töhfə verənidir. Bundan irəli gələrək, Madrid sammitində Gürcüstana yönəlik daha aydın mesajların olacağına dair gözləntilərimiz var. İndi sözlərin əmələ çevrilməsi və bizə NATO-ya üzvlük yolunda daha aydın bələdçi və daha aydın plan verilməsi önəmlidir”-deyə parlamentin sədri bildirib.