Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Brüsselə səfəri çərçivəsində ilk görüşünü NATO baş katibinin müavini Mirça Coanna ilə keçirib, görüşdə Rusiyanın Ukraynaya hərbi təcavüzü və NATO-Gürcüstan arasında çoxillik, sıx əməkdaşlıq vurğulanıb.
Regionda sülhün və sabitliyin əhəmiyyəti və bu istiqamətdə atılacaq konkret addımlara dair fikir mübadiləsi aparılıb.
“Brüsselə səfər çərçivəsində , NATO baş katibinin müavini ilə, xüsusilə bölgədə yaranmış mövcud vəziyyət fonunda görüşmək imkanı əldə etməyimiz mühümdür. Təhlükəsizlik riskləri, o cümlədən Gürcüstana şamil olunan risklərlə bağlı fikir mübadiləsi apardıq. Rusiyanın Ukraynaya təcavüzünün tezliklə dayandırılması vacibdir və bununla bağlı onların qiymətləndirmələri maraqlı idi. Danışıqlar davam edir və ümid edirik uğurla başa çatacaq. Gürcüstan NATO-nun sadiq tərəfdaşı olub və qalır. Bizim NATO ilə çoxillik əməkdaşlıq təcrübəmiz var və təhlükəsizliyin təminatı baxımından bir-birimizi dəstəkləyirik. Bu böhran zamanında həm kommunikasiya, həm də görüşlər baxımından bu tərəfdaşlığın fəal şəkildə davam etməsi vacibdir” – deyə Gürcüstan parlamentinin sədri görüşdən sonra bildirib.
Məlumatı Gürcüstan Parlamentinin Mətbuat Xidməti yayır.