Şalva Papuaşvili - müxtəlif istiqamətlərdə nə qədər irəliləyiş əldə etsək də, həmişə yadda saxlamalıyıq ki, bizim gündəlik işilərimizin hədəfi əlillər üçün bərabər imkanların yaradılmasıdır
Dekabrın 3-ü Beynəlxalq Əlillər Günüdür, 2017-ci ildə hökumətimiz əlilliyi olan şəxslərin hüquqlarını Gürcüstan Konstitusiyası ilə müəyyən etdi və əlilliyi olan şəxslərin hüquqları haqqında 2020-ci ildə qəbul edilmiş yeni qanun yeni imkanların qapısını açdı, – bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.
“Bugün, Avropa Şurasının, Gürcüstana Avropa İttifaqına namizəd statusu verməsinə sayılı günlər qaldığı bir vaxtda, əlillərin bu proseslərdə rolu və sədaqəti xüsusilə diqqətəlayiqdir. Xüsusən də dünyanın qaynar nöqtələrində qlobal sülhü qoruyan və bugün, beynəlxalq miqyasda da uğurlu para-idmançılar kimi vətənimizin adını çəkdirən yaralı hərbçilərimiz.
2024-cü ilin dövlət büdcəsində mühüm yeniliklər olacaq – sosial reabilitasiya və uşaqlara qulluq proqramının büdcəsi 10 milyon lari artacaq, və o, 76 milyon lari təşkil edəcək bu rekord artımdır. Bu proqramın alt proqramları müxtəlif ehtiyacları olan əlillər üçün davamlı və güclü xidmətlər yaradır. Sosial paketin artırılması isə bütün kateqoriyalardan olan əlillərə aid olacaq.
Amma müxtəlif istiqamətlərdə nə qədər irəliləyiş əldə etsək də, həmişə yadda saxlamalıyıq ki, bizim gündəlik işlərimizin hədəfi əlillər üçün bərabər imkanların yaradılmasıdır, ancaq, sürətli və düzgün qərarlar əlilliyi olan şəxslərin özlərinin iştirakı və cəlb edilməsi ilə qəbul edilir”, – Papuaşvili yazır.
Müəllif -
Mehemmed Bayramaliyev