Şalva Papuaşvili - Müxalifətin siyasətində Gürcüstanın və gürcü xalqının milli maraqlarından başqa hər cür maraqları görə bilərsiniz
Hansı müxalifətdən danışdığımızdan asılı olmayaraq, onların hamısının fundamental problemi var – onlar gürcü xalqının milli maraqlarından uzaq dururlar – Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu sözləri deyib.
“Müxalifətin siyasətində Gürcüstanın və gürcü xalqının milli maraqlarından başqa, hər cür maraqlara rast gələcəksiniz. Nə qədər ki, onlar bu marağa qayıdıb, onu tanıyıb öz siyasətlərinin bir hissəsinə çevirməyiblər, seçkilərdə onların hər hansı bir uğur qazanması mümkün deyil. Baxılmayan və düzəldilməyən əsas problem budur”- Papuaşvili bildirib.